23.12.2024, 03:42
AZ EN
27.02.2023, 08:54 353

Bu gün Heydər Əliyev adına Hərbi liseyin yaradılması günüdür

XƏBƏRLƏR
  • Bu gün Heydər Əliyev adına Hərbi liseyin yaradılması günüdür. Belə ki,   Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilib və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılıb.
    Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində qabiliyyətlərini inkişaf etdirirlər.

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində rəşadətli ordumuzun böyük bir şücaətlə əldə etdiyi qələbədə Heydər Əliyev adına Hərbi Liseyin onlarla məzunu iştirak edərək torpaqlarımızın azadlığı uğrunda şəhid və qazi olmuşlar.

Hər bir tədris ilinin ilk günlərindən məzun olanadək təhsil ocağının kursantları vətənpərvər ruhda yetişmələri, Azərbaycan Silahlı Qüvvələrində savadlı və qabiliyyətli komandir olmaları, Vətənimizə, xalqımıza və müstəqil dövlətimizə sədaqətlə və ləyaqətlə xidmət edən zabit və nümunəvi vətəndaş kimi tanınmaları üçün səfərbər olan pedaqoji kollektivi böyük səy, bilik və bacarığı ilə, yüksək tələbkarlıq və məsuliyyət hissilə çalışmaqdadır.

Heydər Əliyev adına Hərbi Lisey bu dahi şəxsiyyətin adını bundan sonra da, fəxarətlə daşımağa davam edərək, özünün yeni-yeni parlaq nəticələrilə ona tam layiq olduğunu daim doğruldacaqdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər