17.01.2026, 23:05
AZ EN
09.01.2026, 12:48 256

Ağdərə sakini: Artıq köçkünlük dövrü bitir, indi doğma torpaqlarda yeni həyata başlayacağıq

XƏBƏRLƏR
  • Yurdumuzdan uzun illər ayrı düşsək də, ürəyimiz həmişə o yerlərdə olub. Bu gün yenidən doğma torpaqlarımıza qayıdırıq. Sözlə ifadə oluna bilməyən sevinc hissi keçiririk.

Bu sözləri açıqlamasında Ağdərənin Çapar kəndinə köç edən keçmiş məcburi köçkün Zülfiyyə Əliyeva deyib.

“Artıq köçkünlük dövrü bitir, indi doğma torpaqlarda yeni həyata başlayacağıq. Buna görə hər zaman şəhidlərimizə borcluyuq. Ali Baş Komandana, Ordumuza minnətdarıq”, – deyə Ağdərə sakini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər