04.03.2026, 09:12
AZ EN
08.01.2026, 19:10 164

Zaqatalada şəhid Vüsal Ramazanovun xatirəsi anılıb

XƏBƏRLƏR
  • Qırx dörd günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndindən olan Vüsal Ramazanovdur.

Şəhidin şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar yanvarın 8-də anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və doğmaları, kənd sakinləri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Ramazanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qırmızı bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb. (AZERTAC)

 

Oxşar xəbərlər