22.01.2026, 08:05
AZ EN
24.12.2025, 13:52 152

Aygün Əliyeva: Vətəndaş cəmiyyətləri Böyük Qayıdışa ictimai dəstək göstərən çox önəmli seqmentdir

XƏBƏRLƏR
  • Vətəndaş cəmiyyətləri Böyük Qayıdışa ictimai dəstək göstərən çox önəmli seqmentdir. İstər postmünaqişə dövründə, istərsə də münaqişədən əvvəlki dövrdə vətəndaş cəmiyyətləri bu sahədə çoxsaylı layihələr, silsilə proqramlar həyata keçirib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icra etdiyi qrant müsabiqələrində də bu mövzu hər zaman xüsusi prioritet istiqamət kimi qeyd olunub.

Bu sözləri Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, tədqiqatçı-alim Eldar Nuriyevin “İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimat mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

O qeyd edib ki, kitabda tədqiqatçının baxışı ilə tarixi hadisələrə geniş şəkildə nəzər salmaq mümkündür. Bildirilib ki, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsindən başlayaraq bu günədək olan dövr, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzurda və Qarabağda həyata keçirilən genişmiqyaslı fəaliyyət kitabda əhatəli şəkildə təqdim olunur. Torpaqlarımız işğaldan azad edildikdən sonra aparılan yenidənqurma işləri, yeni yaşayış və ictimai binaların inşası, habelə tarixi-memarlıq irsinin qorunması həqiqətən də tarixdə misli görünməmiş və unikal bir prosesdir.

“Kitabda dövlətimizin başçısının tarixi missiyasına xüsusi diqqət yetirilir, sülhün müəllifi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən abadlıq və quruculuq işləri, eləcə də onun fəaliyyətinin əsas istiqamətləri ətraflı şəkildə təqdim olunur”, - deyə A.Əliyeva bildirib.

O vurğulayıb ki, kitabın təqdimat mərasiminin Prezident İlham Əliyevin doğum gününə təsadüf etməsi bu tədbirə xüsusi rəmzi məna qazandırır. (AZƏRTAC)

Oxşar xəbərlər