18.10.2024, 10:11
AZ EN
22.07.2023, 10:09 92

Pərviz Məlikov: Ailə üzvlərimlə birgə yenidən evimə qayıdıram

XƏBƏRLƏR
  • Biz artıq dədə-baba yurdumuza qayıdırıq. Laçın əsl sakinlərinə qovuşacaq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin. Arzum budur ki, bütün məcburi köçkünlər öz elinə, yurduna sağ-salamat qayıtsınlar.

Bu sözləri 31 ildən sonra Laçına qayıdan rayon sakini Pərviz Məlikov deyib.

O qeyd edib ki, laçınlıların doğma yurda qayıtması Böyük Qayıdışın addım səsləridir: “Bu addım səsləri düşmənlərin qulağında gurultu ilə səslənir. Azərbaycanımızın bayrağı haqqı olan bütün torpaqlarda dalğalanacaq. Bizim Laçına qayıtmağımız düşmənlərə, bizi istəməyənlərə göz dağı verir. Mən oradan çıxanda 20 yaşında idim, məktəbi bitirib, yenicə tələbə adını qazanmışdım. Mən çox xoşbəxt adamam ki, ailə üzvlərimlə birgə yenidən evimə qayıdıram”. (AZƏRTAC)

Oxşar xəbərlər