18.10.2024, 09:13
AZ EN
27.10.2022, 18:15 235

Son sutkada 36 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, 9 942 nəfər vəfat edib, aktiv xəstə sayı 309 nəfərdir.

Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 7 313 756 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinin sayı isə 863 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 171, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 313, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 909 465, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 115, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 875, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 891 nəfər təşkil edir.

Oxşar xəbərlər