Daha sonra E.Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə 133 nəfər təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən 54 nəfər “Əməkdar müəllim” fəxri adına, 79 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Qeyd edək ki, təltif edilən müəllimlər arasında Xocavənd rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Babayeva Günay Seyfəddin qızı da var. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Mina RƏŞİD