Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, 2024-cü ildə görülən işlər və qarşıda duran hədəflər barədə danışıb. O, qeyd edib ki, Azərbaycan qadını, geniş dünyagörüşü və müdrikliyi ilə cəmiyyətimizin aparıcı qüvvəsi kimi ictimai həyatın bütün sahələrində fəal iştirak edir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, İcmanın Qadınlar Şurasının sədr müavini, Teleradio Akademiyasının rektoru, AzTV Yayım Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Günay Ağamalı, Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Səbinə Xasayeva, QAİ Qadınlar Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, Qadınlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Almaz Ülvi, Qadınlar Şurasının üzvü, Azərbayan Dillər Universitetinin Təhsildə Xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun elmi işçisi Rəhminə Zamanlı, əməkdar müəllimə Təhminə Əsədova, şairə Rüxsarə Adilqızı, Qadınlar Şurasının üzvü Səməni Qasımova çıxış edərək müvafiq mövzularda fikirlərini bölüşüblər.
Daha sonra geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib. Sonda xatirə şəkli çəkilib.
Tahirə AĞAMİRZƏ