Azərbaycan Tarixi Muzeyində təşkil olunan təqdimat mərasimində markanın nümunəsi xüsusi ekspozisiya şəklində nümayiş etdirilib. Markanın dizaynında yer alan sonsuzluq simvolu hadisənin unudulmazlığını, qurbanların və millətin qürur mənbəyinə çevrilmiş ekipaj üzvlərinin xatirəsinin daim yaşadılacağını simvolizə edir.
Layihənin ən önəmli cəhətlərindən biri onun sosial yönümlü olmasıdır. Belə ki, bu xatirə poçt markalarının satışından əldə edilən gəlirin tamamı “YAŞAT” Fonduna ianə olunacaq. Bu addım şəhid ailələri və qazilərə dəstək olmaqla yanaşı, həm də cəmiyyətin həmrəyliyini və humanist dəyərlərə bağlılığını nümayiş etdirir.
Bu cür təşəbbüslər milli yaddaşın formalaşması, qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə ötürülməsi və sosial məsuliyyətin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Tahirə AĞAMİRZƏ