“Vətən səsi” xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. O, təəssüflə deyib ki, üzərində BQXK-nın loqosu olan nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi adi hala çevrilib: “Bu faktlar aşkar edildikdən sonra sərhədçilərimiz düzgün olaraq Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi müvəqqəti dayandırıblar”.
Ərşad Hüseynov xatırladıb ki, 1991-ci ilə qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün kommunikasıyaları nəqliyyat, o cümlədən sərnişin və yük daşıma, təbii qaz, elektrik enerjisi, rabitə xətləri Ağdam üzərindən həyata keçirilib: “Ağdamdan keçən bu kommunukasiya xətləri, avtomobil və dəmir yolları təkcə keçmiş vilayətin deyil, həm də Laçın rayonunun bütün ehtiayclarını təmin edirdi. Çünki Xankəndiyə və onun ətraflarına, Şuşaya, Laçına ölkəmizin mərkəzi hissəsindən və Bakıdan gedən ən qısa yol məhz Ağdamdan keçir. Ağdam-Xocalı-Şuşa-Laçın avtomobil yolu ilə sərbəst hərəkət, habelə Yevlax-Bərdə-Ağdam-Xocalı (Xankəndi) dəmir yolu ilə sərbəst hərəkət tədricən təmin edilməlidir. Bundan başqa, 1991-ci ilə qədər Kəlbəcər rayonunun bütün kommunikasıyaları və nəqliyyat ehtiaycları da keçmiş vilayət ərazindən Bərdə-Tərtər-Kəlbəcər xətti və yolu ilə təmin edilirdi. Bu yolda da sərbəst hərəkət tədricən təmin edilməlidir”.
Ekspert kommunikasiya xətlərinin açılmasının Qarabağda yaşayan ermənilər üçün də rahat ilduğunu söyləyib: “Qarabağda yaşayanlar da anlamalıdırlar ki, Xankəndiyə ən qısa və rahat yol məhz Ağdamdan keçir. Onlar bu yolla yüklərini daşımaq istəmirlərsə, gedib-gəlmək istəmirlərsə, özləri bilərlər. Bu təklifə etiraz edənlər bunun alternativi kimi gedib, bir daha gəlməyə də bilərlər”.