21.11.2024, 20:05
AZ EN
02.07.2024, 11:50 354

Doğma yurda qayıdacaqlar

XƏBƏRLƏR
  • Bu günlərdə Qərbi Azərbaycanın Çəmbərək Rayon Yanıqpəyə İcmasının növbəti iclası olub.

İclasda şəhidlərimizin, Ulu Öndərimiz Heydər Əliyevin xatirəsi sükutla yad edildikdən sonra cari məsələlər barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, yanıqpəyəlilər Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin müdrik siyasətini daim ürəkdən bəyənir və bu yolda əllərindən gələn hər şeyi edirlər. Ermənistanla bağlı aparılan siyasətin də özünün səmərəli bəhrəsini verəcəyinə inam ifadə edən İcma rəhbəri Zaur Sərdarov, Qadınlar şurasının sədri Məhluqə Qaramanlı, Ağsaqqallar şurasının sədri Ələkbər Murğuzov, Ziyalılar şurasının sədri Tahir Süleymanov və b. bildiriblər ki, məhz Prezidentimizin bənzərsiz fəaliyyəti sayəsində doğma diyarla əbədi vüsalə qovuşacaqlar.

Cabir

Oxşar xəbərlər