20.04.2025, 01:44
AZ EN
27.10.2022, 11:28 590

Cəbrayılda xeyli silah-sursat aşkarlanıb

XƏBƏRLƏR

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkar ediblər. Tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.

 APA

Oxşar xəbərlər