09.06.2025, 11:34
AZ EN
23.10.2022, 15:31 306

Son sutkada COVID-19 infeksiyasına 46 yoluxma faktı qeydə alınıb

XƏBƏRLƏR

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 662 nəfər müalicə olunaraq sağalıb, 9 min 937 nəfər vəfat edib. Aktiv xəstə sayı 355 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1886, bu günə qədər isə ümumilikdə 7 milyon 305 min 712 test icra olunub.

Oktyabrın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 545 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 225, ikinci doza vaksinlərin sayı 94, üç və daha çox doza vaksinlərin sayı 186, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 40-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 907 min 98, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 388 min 608, ikinci mərhələ üzrə 4 milyon 870 min 717, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 385 min 37, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 736-dır.

Oxşar xəbərlər