19.11.2025, 23:11
AZ EN
18.11.2025, 11:21 207

Qarabağ Universitetinin tələbələri beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edirlər

XƏBƏRLƏR
  • Qarabağ Universitetinin tələbələri innovasiya sahəsindəki bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirirlər. Onlar Bakıda keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edərək, müasir texnologiyalara əsaslanan layihə ilə çıxış ediblər.

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin tələbələri Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) innovasiya kateqoriyası üzrə təmsil olunurlar.

Bu barədə universitetin məlumatında bildirilib.

Tələbələr festivalda “NovaDuo” komandası olaraq “Ağıllı İstixana Robotu” adlı layihələrini təqdim edirlər.

Layihə kənd təsərrüfatında avtomatlaşdırmanın inkişaf etdirilməsinə və istixanalarda resursların daha səmərəli istifadəsinə yönəlib. “Ağıllı İstixana Robotu” torpağın nəmlik səviyyəsini fasiləsiz şəkildə izləyən, ehtiyac yarandıqda avtomatik suvarma həyata keçirən avtonom mobil sistemdir.

Festival iştirakçılarının böyük marağına səbəb olan layihə gələcəkdə kənd təsərrüfatında daha geniş miqyasda tətbiq oluna biləcək perspektivli bir həll kimi dəyərləndirilir.

Qeyd edək ki, SAF 2025 Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər