Oktyabrın 27-si Bakı Mühəndislik Universitetində keçiriləcək 1/4 final mərhələsində Qarabağ Universitetini 3 komanda təmsil edəcək.
Qeyd edək ki, 13 oktyabr tarixində onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 174 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni "C", "C++", "Java" və ya "Python" proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatlaşdırılmış qaydada aparılıb.
Tahirə AĞAMİRZƏ