19.10.2024, 14:34
AZ EN
20.10.2022, 14:33 610

Qələbə sevinci ilə yaşayır

XƏBƏRLƏR

Uzun illər torpaqlarımızın azad olunması arzusu ilə yaşayan soydşlarımız nəhayət, 2020-ci ilin 27 sntyabrında başlayan Vətən müharibəsinin zəfərlə başa çatmasını sevinclə qarşıladılar. Bu qələbənin əldə olunmasında igidlik göstərən oğullarımızdan biri də Hüseynov Samir İsmayıl oğludur. O, 1997-ci ildə Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub. 2003-cü ildə həmin kənddəki orta məktəbə gedib, 2010-cu ildə isə təhsilini 39 saylı tam orta məktəbdə davam etdirib. 2014-cü ildə məktəbi bitirib. 27 iyul 2015-ci ildə həqiqi hərbi xidmətə gedib, kəşfiyyatçı olaraq xidmət edib. 2017-ci ilin yanvarında hərbi xidmətdən tərxis olunan Samir 2019-cu ildə ordu sıralarında tankçı olaraq xidmətə qayıdıb, Vətən müharibəsində torpaqlarımızın azadlığı üçün öz vəzifəsini ləyaqətlə yerinə yetirib. Füzuli, Xocavənd rayonlarında döyüşüb. Oktyabrın 9-da Hadrutun azadlığı uğrunda gedən döyüşdə tankın vurulması nəticəsində ağır yaralanaraq sağ gözündən qəlpə yarası alaraq gözünü itirib. Daha sonra sağ qolundan snayper yarası alıb. 3-cü dərəcəli əlildir. Döyüş dostları Hümbətov Azad, Teymurlu Mirrahil də şəhid olublar. Tankın içindəki döyüş dostu Əliyev Elton qəlpə ilə yaralanmışdır, 2-ci dərəcəli əlildir.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə S.Hüseynov “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. İgid qazimiz indi qələbə sevinci ilə yaşayır.

 

İsa Musayev     

Oxşar xəbərlər