Bildirilib ki, Horadiz kəndi ərazisində bugünədək Ermənistan istehsalı olan 53 ədəd piyada (PMN), 208 ədəd Rusiya istehsalı olan TM-62P2 texnika əleyhinə mina, 2 ədəd partlamamış hərbi sursat tapılıb.
Qeyd edilib ki, Horadiz Füzulinin işğaldan azad olunan yaşayış məntəqələri arasında ən çox mina və partlamamış hərbi sursatlarla çirklənmiş kəndi hesab olunur. Hazırda Horadiz kəndinin ərazisi qarışıq minalarla zəngindir.
“Sülhün Kökləri” təşkilatının təsisçisi mina partlayışını izləyib. (APA)