Səyyar qəbul-görüşdə icra başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti- quruculuq işləri, “Böyük Qayıdış” planına əsasən əhalinin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nəailiyyətlər barədə geniş məlumat verib. Rayonun idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşların arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Müəyyən vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə onların həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Mina RƏŞİD