Bunu ARB24-ə açıqlamasında ekoloq Rövşən Abasov deyib. Ekoloqun sözlərinə görə, İsrail istəyir ki, İranda İranın əsas nüvə obyektlərini sıradan çıxarsın: “Uranın zənginləşdirilməsini həyata keçirən mərkəzlər tamamilə sıradan çıxsın. Bu isə böyük ekoloji nəticələrə səbəb ola bilər. Doğrudur, hələlik, birbaşa həmin mərkəzlər vurulmayıb. Amma əgər bu mərkəzlər birbaşa vurularsa, orada yaranmış çirklənmə buludları nəinki ətraf ərazilərə, hətta uzaq ərazilərə küəklər vasitəsilə yayıla bilər və qonşu ölkələrdə də fəsadlara səbəb ola bilər. Bir çox epitetlər bu cür çirklənmənin məhz Çernobl və Yaponiyada baş verən fəlakətlə müqaisə edirlər. Bu çirklənmələr küləklər vasitəsilə hətta Azərbayvana da gələ bilər.
Ekoloqun sözlərinə görə, digər bir məsələ isə yanacaq çənlərinin vurulmasıdır: “Bilirik ki, İran dünyanın ən böyük yanacaq istehsal edən ölkələrindən biridir. Həm ixrac potensialına görə, həm də istehsal potensialına görə kifayət qədər çox böyük tutumu olan ölkədir. Lakin bu çənlərin vurulması çox qısa müddət ərzində ətraf mühitə çox çirkləndirici maddələr, kükürt oksidlərinin, azot oksidlərinin, karbonmonoksidin yayılmasına səbəb olur və bu cür çirkləndiricilərin çox qısa müddət ərzində atmosferə atılması həm uzaq məsafələrə onun daşınmasını təmin edə bilər, həm turğulu yağışların əmələ gəlməsinə səbəb ola bilər, həm də xəstəliklərə səbəb ola bilər”.
Ekoloq daha sonra əlavə edib ki, başqa bir məsələ isə əlbəttə ki, Tehranda baş vermiş çirkab suları şəbəkəsinin dağıdılmasıdır: “Bu daha təhlükəlidir. Uzun müddətli perspektivdə çirkab suları şəbəkəsinin dağıdılması müxtəlif xəstəliklərə yol açacaqdır. Çnki çirkab sularında çoxtəhlükəli bakterialar var, çox təhlükəli ağır metallar və digər maddələr vardır ki, bu isə su ilə bağlı olan xəstəliklərin, epidemiyaların yayılmasına yol aça bilər”.
Tahirə AĞAMİRZƏ