O, açıqlamasında müharibənin alovlandığı vaxt 21 yaşında olduğunu bildirib.
S.Mirzəyeva artıq övladlarının Vənglidə təhlükəsiz şəraitdə yaşayacaqlarını vurğulayıb:
"Münaqişə başlayandan sonra bizim kəndin camaatı da daxil olmaqla, Qarabağ əhalisi min bir əziyyətlə üzləşdi. Vənglinin müdafiəsi zamanı atam və qardaşım şəhid oldu. Çox sevinirəm ki, şəhidlərimizin qanı tökülən torpaqlarımız artıq azaddır və övladlarımız bu torpaqlarda təhlükəsiz şəraitdə yaşayacaqlar". (Report)