30.04.2025, 04:08
AZ EN
30.01.2024, 10:08 345

Laçın sakini 96 yaşlı Gülbahar nənə doğma yurdunda səs verəcək

XƏBƏRLƏR
  • 96 yaşlı Gülbahar Həsənova 6 aydır ki, doğma yurduna – illərlə həsrət qaldığı  Laçına qovuşub. Gülbahar nənənin 2 övladı, 11 nəvəsi, 22 nəticəsi və 7 kötücəsi var. Onun qarşıdan gələn Prezident seçkilərindən də məlumatı var.

G.Həsənova deyir ki, şükür Allaha, qayıdıb doğma torpağımıza gəlmişik, Vətən hər yerdən yaxşıdı. Sonra da Prezident seçkilərində   kağızı qutuya necə salacağından danışıb.

Həsənovlar ailəsinin Laçında yaşayan digər üzvləri də illər sonra azad edilən ərazilərdə fərəhlə səs verəcəklərini bildirirlər.

Şahin Həsənov bildirib ki, anama seçkilərdə səs verməsi üçün artıq bildiriş gəlib və o, evdə səsə verəcək. Biz isə 2 nömrəli məktəbə gedib ailəvi səs verəcəyik.

Qeyd edək ki, 121 saylı Laçın Seçki Dairəsinin 109 məntəqəsi üzrə 59 563 nəfər seçici qeydə alınıb. Seçkidə Laçında yaşayan və çalışan 6017 seçicinin iştirakı gözlənilir.  

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər