Səyyar görüşdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Rayon rəhbəri sakinlər tərəfindən səsləndirilən gündəlik həyat və məskunlaşma ilə bağlı müraciətləri diqqətlə dinlədi. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Rayon sakinləri mütəmadi keçirilən görüşlərin problemlərin həllində əhəmiyyətli rol oynadığını qeyd edərək rayon rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Mina RƏŞİD