Bu barədə universitetin məlumatında bildirilib.
Görüşdə rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi, süni intellekt texnologiyalarının inkişafı və onların ictimai həyata təsirindən bəhs edilib. Bununla yanaşı, startap ekosisteminin formalaşması, ideyanın layihəyə çevrilməsi prosesi, dövlət və özəl sektorun innovasiyalara dəstək mexanizmləri, eləcə də gənclərin bu proseslərdə fəal iştirakı barədə ətraflı məlumat verilib.
Tələbələrə yeni texnoloji ideyalar irəli sürmək, onları reallaşdırmaq üçün komandalar formalaşdırmaq, mövcud platformalardan, o cümlədən innovasiya mərkəzləri, inkubatorlar və akselerator proqramlarından aktiv şəkildə yararlanmaq tövsiyə edilib.
İnteraktiv şəkildə davam edən görüşün sonunda tələbələrin sualları cavablandırılıb.
Tahirə AĞAMİRZƏ