21.11.2024, 13:50
AZ EN
17.07.2024, 08:33 119

“Media və uşaq hüquqları” adlı dərs vəsaitinin təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşəbbüsü əsasında jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan “Media və uşaq hüquqları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Dövlət Komitəsinin sədri Bahar Muradova müsəlman Şərqində ilk müstəqil cümhuriyyət quran bir ölkənin qabaqcıl ideyaları, demokratik ənənələri, hüquqları, gender bərabərliyini, həm qanunlarda, həm də yaşam tərzində formalaşdıran bir xalqın öz milli mətbuatını yaradaraq örnək olduğunu bildirib.

Dərs vəsaiti ilə bağlı fikirlərini bölüşən Bahar Muradova bildirib ki, komitə insan hüquqları ilə bağlı savadlılığın artırılması üçün Bakı Dövlət Universiteti ilə sıx əlaqədə işləyir. Təqdim olunan “Media və uşaq hüquqları” adlı dərs vəsaiti artıq birlikdə hazırladığımız növbəti layihəmizdir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev peşəkar medianın uşaq hüquqlarının müdafiəsində mühüm rol oynadığını vurğulayıb, mediada yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların yayılması zamanı diqqət edilməli məqamlardan danışıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev ali təhsil ocaqlarının səriştə əsaslı kadr hazırlığı ilə məşğul olan struktur kimi cəmiyyətin inkişafında və qorunmasında mühüm rol oynadıqlarını diqqətə çatdırıb.

Nəşrin müəlliflərindən fəlsəfə doktoru Cabir Məmmədli “Media və uşaq hüquqları” kitabının məzmunu, hansı zərurətdən yaranması barədə məlumat verib.

Qeyd edək ki, dərslikdə müvafiq istiqamətdə qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi, jurnalist etikası, media məhsullarının hazırlanmasında uşaqların iştirakı qaydaları, uşaqlarla müsahibələrin aparılması, foto və video materialların yayımlanması, digər məsələlər üzrə təlimatlar yer alıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər