22.11.2024, 19:19
AZ EN
06.11.2023, 16:53 210

Ermənistan hökuməti Qarabağ ermənilərinə pensiya və müavinət verə bilmir

XƏBƏRLƏR

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından sonra ərazilərimizi tərk edərək Ermənistana köçmüş ermənilər İrəvanda növbəti dəfə etiraz aksiyası keçirməyə hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Bildirilir ki, Azərbaycan ərazisini tərk edərək könüllü şəkildə Ermənistanda yaşamağı üstün tutan ermənilər mənzil-məişət şəraitindən və sosial problemlərinin istiqamətində təsirli tədbirlərin görülməməsindən narazıdır. Onlar xüsusilə pensiya, müavinət və əməkhaqqı ödənişlərinin yubadılması ilə bağlı problemlərin təcili şəkildə həll edilməsini tələb edirlər.
Erməni mətbuatı yazır ki, Qarabağdan köçən ermənilər son bir neçə aydır pensiya və müavinətlərini ala bilmirlər. Rəsmi İrəvan həmin ailələrin qeydiyyatının apararaq problemin qısa müddətdə həll ediləcəyini bəyan etsə də, hələ ki, real addımlar atılmayıb. Qyd olunur ki, özünü buraxmış qondarma "Artsax"ın İrəvandakı nümayəndəliyi həm pensiya, müavinət və ödənilməmiş əməkhaqqı, həm də Qarabağı tərk etmiş ailələrin müvəqqəti mənzillərdə yerləşdirilməsi məsələlərinin həllinə dair Ermənistan hökuməti ilə razılaşma əldə edib. Bununla belə, Ermənistan hökuməti verilən vədləri yerinə yetirməkdən imtina edir, aidiyyəti qurumların rəhbərləri məsələnin həllinə laqeyd yanaşır.Buna görə də Qarabağ erməniləri pensiyalarının ödənilməsi tələbi ilə Ermənistanın Əmək və Sosial İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirəcək.

Xatırladaq ki, təxminən iki həftə əvvəl də Yerevanda belə bir aksiya keçirilmişdi. Pensiya və müavinətlərini ala bilməyən qoca və əlillərə qondarma "Artsax"ın özünü buraxması ilə "iş yerlərini" itirən separatçı məmurlar da qoşulmuşdu. Həmin etiraz aksiyasında separatçıların sonuncu başçısı Samvel Şahramanyanın "qərargahı"na hücum edən etirazçılar onun qardaşı Karen Şahramanyanı da döymüşdülər.

Elxan SALAHOV

Oxşar xəbərlər