Bu barədə universitetin məlumatında bildirilib.
Qeyd olunub ki, Heydər Əliyev adına Parkda keçirilən Yarmarkanın açılışında Qarabağ Universitetinin Pedaqogika kafedrasının müdiri Sevda Fətullayeva da çıxış edərək tədbirin önəmini vurğulayıb.
Yarmarka çərçivəsində əl işlərindən ibarət guşələr, müxtəlif layihələrə dair təqdimatlar və maarifləndirici materiallar nümayiş olunub, uşaqlar üçün əyləncə zonası yaradılıb.
Tədbirin bədii hissəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbə və müəllim heyəti, həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları birgə konsert proqramı ilə çıxış ediblər.
Tahirə AĞAMİRZƏ