20.04.2025, 01:44
AZ EN
17.10.2022, 11:55 654

YADDAŞ: 2020-ci il 17 oktyabr. Erməni terroru davam edir: düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı

XƏBƏRLƏR

Vətən müharibəsi: Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutdu, dinc sakinlər arasında ölən və yaralananlar oldu.

Düşmənin silahlı qüvvələrinin gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinlərindən ilkin məlumata görə 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Mülki obyektlərə və infrastruktura ciddi ziyan dəyib.

Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.

AZƏRTAC

Oxşar xəbərlər