- Erməni təcavüzü nəticəsində torpaqlarımızdan göz yaşı ilə ayrılmışıq. Bu gün isə vətənpərvərlik ruhunda böyüdülmüş şəhidlərimizin qanı-canı bahasına, rəşadətli və müzəffər Ordumuzun cəsarəti sayəsində azad etdikləri torpaqlarımıza qayıdırıq.
Bunu jurnalistlərə açıqlamasında doğma yurduna qayıdan Ağalı sakini Raya Məmmədova söyləyib.
Doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayan R.Məmmədova deyib ki, buna görə Prezident İlham Əliyevə və Ordumuza borcluyuq. (AZƏRTAC)