15.10.2025, 20:44
AZ EN
15.10.2025, 16:16 191

Şuşada Almaniya klinikasının təbii müalicə üsulları tətbiq ediləcək

XƏBƏRLƏR
  • Şuşa Sağlamlıq Mərkəzi bu yaxınlarda fəaliyyətə başlayacaq.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Strateji İnkişaf Departamentinin rəhbəri Murad Mirzəyev Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.

"Biz orada infrastrukturla tanış olmuşuq. Həmin Mərkəzdə təkcə tibb yox, eyni zamanda sağlamlıq turizmi ilə bağlı imkanlar var. Təbii müalicə üsulları ilə bağlı Almaniyanın "Sana" klinikası ilə bağlı danışıqlar aparılıb. Məqsəd odur ki, Qarabağın mərkəzində yerləşən bu müəssisəni yaxşı sağlamlıq mərkəzi kimi təqdim edək", - deyə o qeyd edib.(Report)

Oxşar xəbərlər