Bunu açıqlamasında rayonun Təzəbinə kəndinə qayıdan sakin Həsən Zeynalov deyib.
O, uzun illərdən sonra doğma kəndə ailə üzvləri ilə birlikdə qayıtdığını vurğulayıb:
"Təzəbinə kəndini hansı şəraitdə tərk etdiyimiz hamıya bəllidir. O vaxt üç-beş dəqiqədən sonra bizi nə gözlədiyini bilmirdik. Məcburi köçkünlük dövründə əziyyətimiz az olmadı. Şükür, çətin günlər artıq geridə qalıb. Kəndimizə övladlarım və nəvələrimlə birlikdə qayıdırıq, hamımız çox sevincliyik"(Report)