Sərginin Təşkilat Komitəsi nümayiş etdiriləcək əsərlərin seçilməsini həyata keçirəcək. Sərgiyə təqdim olunacaq dəyərli əsərlərin Azərbaycan və Türkiyənin muzeylərinə daimi eksponat kimi göndərilməsi nəzərdə tutulub.
Sərginin Türkiyənin Ankara və İstanbul şəhərlərində il ərzində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Türkiyədə çox sayda azərbaycanlı sənət adamları və rəssamları yaşayır, aparıcı universitetlərdə, sənət mərkəzlərində fəaliyyət göstərirlər. Onların əsərləri beynəlxalq və yerli sərgilərdə nümayiş etdirilir, bir sıra rəsm qalereyalarının fondlarında saxlanılır.
Türkiyədə yaşayan azərbaycanlı rəssamların sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan nişanələri dünyada” adlı layihəsinə əsasən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçirilir.
Hazırladı: Mina RƏŞİD