22.11.2024, 12:03
AZ EN
05.04.2023, 13:10 226

Fransada Sumqayıt hadisələri ilə bağlı kitabın təqdimatı olub

XƏBƏRLƏR
  • Azərbaycanın Fransadakı səfirliyinin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Parisdə hüquqşünas, fəlsəfə doktoru Aslan İsmayılovun fransız dilində işıq üzü görmüş "Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı” kitabının təqdimatı keçirilib.

“Visible” nəşriyyat evi tərəfindən nəşr olunmuş əsərində A. İsmayılov Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında iştirak etmiş prokuror kimi bu faciə ilə bağlı şahidi olduğu faktları qələmə alıb.

Təqdimat çərçivəsində A. İsmayılov 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələr haqqında ətraflı məlumat verib. O, hadisələrin əvvəlcədən planlaşdırıldığını qeyd edərək, məhz bu hadisələrin Birinci Qarabağ müharibəsinə gedən yolun başlanğıcı olduğunu deyib.

Müəllif Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının, xüsusilə də Qafan və Mehridə olan soydaşlarımızın 1986-cı ildən doğma yurdlarından qovulmasına susan Avropa və ABŞ-nin planlaşdırılmış Sumqayıt hadisələri ilə bağlı çevik reaksiya verməsindən söz açıb. Bildirib ki, həmin dövrdə informasiyanın bugünkü kimi qısa müddətdə yayılması üçün şəraitin olmamasına baxmayaraq, Avropada və ABŞ-dəki erməni diasporunun bu hadisələri şişirdərək qısa müddətdə yayması elə Sumqayıt hadisələrinin əvvəlcədən planlaşdırıldığını təsdiqləyir. O, 1988-ci ildə baş vermiş hadisələrin arxasında duran erməni-sovet məkrli planları açıqlayıb, SSRİ-nin çöküşü ilə bağlı detalları ətraflı şəkildə təqdim edib.

Mərasim müəlliflə fransız tədqiqatçı və təhlilçilər arasında maraqlı sual-cavabla davam edib.

Qeyd edək ki, türk, ingilis və alman dillərində də nəşr olunan kitabın türk versiyasına ön sözü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, professor Seyit Sertçelik yazıb.

Əsər o dövrün gizli qalmış məsələlərinə işıq salan tarixi-sənədli mənbə kimi əhəmiyyətlidir. (AZƏRTAC)

Oxşar xəbərlər