Rzayev Kənan 2020-ci ilin aprel ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətənə xidmətə başlayıb.
Kənan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı-istehkamçı olaraq iştirak edib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Kənan Rzayev 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Culfa rayon Qızılca kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Rzayev Kənan ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun bir övladı Vətənə yadigar qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD