07.09.2025, 15:44
AZ EN
04.09.2025, 17:09 108

Sabirabad rayonunda Cəbrayıl sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Sabirabad rayonu, Güdəcühür  köçkün şəhərciyində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları və həmin ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.

İcra başçısı cənab Prezident, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən çoxşaxəli bərpa-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Rayon rəhbəri ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunauyğun qaydada həll etməkdən ibarətdir.

Səyyar qəbulda sakinlərin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Rayon sakinləri işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını, görülən işlərə və göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər