06.08.2025, 21:46
AZ EN
06.08.2025, 15:00 127

Postmüharibə dövründə 3 min 600-dən çox qazi reabilitasiya xidmətləri ilə təmin edilib

XƏBƏRLƏR
  • Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 3 min 600-dən çox qazi reabilitasiya xidmətləri ilə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son illər reabilitasiya mərkəzlərinin müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi, yeni avadanlıqlarla təchizatı sahəsində mühüm işlər aparılıb.

Həmin müəssisələrdə xidmət keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə, xidmət göstərilənlərin illik sayının 10 dəfədən çox, əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin illik sayının 3 dəfə artırılmasına nail olunub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər biri fərdi reabilitasiya proqramı əsasında mütəmadi olaraq bərpa-müalicə kursları keçib, effektiv fizioterapevtik prosedurlara cəlb ediliblər.

Kurslar onların səhhətində yaxşılaşmaya, reabilitasiya potensiallarının reallaşdırılması istiqamətində mühüm irəliləyişə imkan yaradıb.

Vətən müharibəsindən sonra Agentlik tərəfindən 2 min 350-dək qazi 79,4 min reabilitasiya vasitəsi, o cümlədən 500-ə yaxın qazi 610-dan çox son nəsil yüksək texnologiyalı protezlə təmin edilib. (AZƏRTAC)

Oxşar xəbərlər