Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kombi və sanitar qovşağın quraşdırılması, poliqrafiya xidmətləri, un məmulatları istehsalı zərfləri üzrə kiçik biznes sahələrini yaradıblar.
Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 53 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. (Report)