Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cabir Əvəzzadə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi kapitan Həsən Nəsirov, Mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti baş leytenant Murad Bəhmənli iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin zabitləri çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar verərək qarşıda duran vəzifələrdən danışıblar.
Daha sonra idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər, onların həlli yolları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı tədbir iştirakçıları ilə müzakirələr aparılıb.
Mina RƏŞİD