ADA Universitetinin prorektoru Fariz İsmayılzadə onunla bağlı xatirələrini bölüşərkən bildirib ki, Tomas Qolts Kəlbəcəri son tərk edənlərdən biri olub:
“Amerikalı jurnalistin Azərbaycana gəlişi təsadüfən baş verir. Qolt Özbəkistana uçmağı planlaşdırırdı. Amma təsadüfən Bakıya gəldi. 20 yanvar hadisələrini, Qarabağ muharibəsi, siyasi kataklizmlərin , çox maraqlı şeylərin baş verdiyini, yeni suveren dövlətin qurulmasını gördü. Yəni burda çox maraqlı hadisələrin yaşandığını anladı və qalmağa qərar verdi. Kəlbəcər mühasirəyə alındı və avtomobil yolu ilə getmək mümkün olmadı. İnsanlar helikopterlərə mindilər, yerlər məhdud idi. Sıxlıq var idi. Əlbəttə ki, o bütün bunları lentə aldı və kitabının üz qabığında Kəlbəcərdən qalxan bu son helikopterin fotosunu yerləşdirdi. O da Kəlbəcəri son tərk edənlərdən biri idi. Tomas Qolts dürüst bir insan idi. Düşündüyünü yazırdı. Azərbaycanın faciəsini vicdanla təsvir edirdi. O kitabının bir hissəsini ümumilli lider Heydər Əliyevə həsr etdi. Onunla dost idi. O Naxçıvanda Heydər Əliyevlə görüşən ilk jurnalist olub. Bu, xalq Heydər Əliyevi hakimiyyətə çağırmazdan öncə 1993-cü il hadisələrindən əvvəl idi. Tomas Qolts onu Naxçıvanda tapdı, onunla görüşdü və o vaxtdan bəri dost oldular”.
Onun etdikləri sayəsində dünya ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı daha bir cinayətindən xəbər tutur.
O, Xocalı soyqırımının azsaylı xarici şahidlərindən biri olur. Baş verənlər onun qələmindən "The Washington Post" qəzetinin səhifələrində dərc olunur. Azərbaycanda yaşadıqlarından və gördüklərindən və dünyanın eşitmək istəmədiklərindən T.Qoltz sonralar özünün "Azərbaycan Gündəliyi"ndə yazır.
Tomas Qoltz yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir etmişdir. 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsi haqda bəhs olunur. Azərbaycan öz ərazilərini işğaldan azad edəndə o, artıq ağır xəstə idi və əlil arabasında hərəkət edirdi. Lakin amerikalı jurnalist azad edilmiş Qarabağa gəlməyə bilməzdi. Tomas Qolts azad Qarabağa səfərindən iki ay yarım sonra vəfat edir. Jurnalist küllərinin dünyanın üç müxtəlif nöqtəsinə səpməyi vəsiyyət edir.
Bu siyahıda birinci yeri isə Azərbaycan tutub.
Günel QULİYEVA