Bu barədə Türkiyənin “Sabah” qəzetinin məqaləsində bildirilir. Qeyd olunur ki, “YAŞAT” Fondunun və “ASAN Könüllülər” təşkilatının təşəbbüsü Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığa da mühüm töhfə verib.
Qəzet yazır: “Lənkərandakı düşərgədə Türkiyənin şəhid ailələrini təmsil edən 18 uşaq və yeniyetmə iştirak edib”. Bildirilir ki, cari ilin əvvəlindən bəri təşkil olunan yeddi düşərgəyə qəhrəmanların ailə üzvü olan 500-dən çox uşaq və yeniyetmə qatılıb.
Yazıda “YAŞAT” Fondunun və “ASAN Könüllülər” təşkilatının təşəbbüsünü “unudulmaz” adlandıran iştirakçılar - Duru Ərdoğan, Aytuq Enes Dökmeci, Muhammed Anar və başqalarının fikirləri yer alıb.
Məqalədə, həmçinin “YAŞAT” Fondunun 4-cü düşərgəsi iştirakçılarının fotoşəkilləri də yer alıb. (AZƏRTAC)