01.08.2025, 07:06
AZ EN
31.07.2025, 09:40 206

Ağdama qayıdan sakin: Atamın məzarını tapıb ziyarət edəcəyəm

XƏBƏRLƏR
  • “Köçkünlük çox ağır dərddir. Amma şükürlər olsun Yaradana bu gün nəvələrimlə, balalarımla bərabər buradayam, gedirik. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Prezidentimizin ömrünü uzun etsin”.

Bu fikirləri Ağdam rayonunun Xıdırlı kəndinə köç edən keçmiş məcburi köçkün Raya Abdullayeva bildirib.

O, həmçinin Ağdamla bağlı arzularında da bəhs edib: “O torpaqları öpəcəyəm, bulaqlarımızı gəzəcəyəm, atamın məzarını qəbiristanlıqda tapıb ziyarət edəcəyəm. Allah bizə bir də müharibə göstərməsin”. (AZƏRTAC)

Oxşar xəbərlər