Yeganə övladını belə torpaqlarımızın azadlığı uğrunda şəhid verən analar da qəhrəmandı, şəhid atalarının yarım qalam arzularını davam etdirən, oğul və qızlarımız da. Belə övladları ata yoxluğunun qarşısında sındırmayan, mübariz edən də məhz Şəhid övladları olmalarıdır. Bu gənclərimiz bu adla həm qürur duyurlar, həm də məsuliyyət hissini daha dərindən dərk edirlər. Həm Şəhid atalarının ruhunu şad etmək üçün, həm də Vətənə, dövlətə yararlı, etibarlı övlad olmaq üçün var qüvvələri ilə çalışırlar.
Bu il də tələbə adını qazanan gənclər arasında şəhid övladları da var.
Onlardan biri də Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik Leytenant şəhid Anar Əliyevin Vətənə əmanət övladı tələbə adını qazanan Nigar Əliyevadır. O, təhsilini Bakı Dövlət Univeristetinin tarix fakültəsində davam etdirəcək. Nigar balamızı təbrik edir, gələçək təhsil həyatında yeni-yeni uğurlar arzulayırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin.
Tahirə AĞAMİRZƏ