Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dəfn olunacaq şəhidlərdən üçü də hərbçidir.
Fevralın 7-də hərbçilər Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhəri Şəhidlər xiyabanında, Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Tağıyev Elşən Qubad oğlu isə Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaqlar.