Bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən sakin Ramiz Nəbiyev söyləyib.
Köçkün düşərkən gənc olduğunu deyən sakin artıq övladları ilə birgə qayıtdığını diqqətə çatdırıb: “Oradan çıxanda 21-22 yaşım var idi. İndi isə övladımla - ailəmlə birlikdə qayıdıram. Həm ata kimi, həm də bu torpaqlara canla-başla qayıdan bir soydaş kimi gedirəm”.
R.Nəbiyev, həmçinin arzusunun Ağdamda yaşamaq olduğunu bildirib. “İstəyim, dualarım hamısı bu torpaqlarda yaşamaq, o yerləri yenidən qurmaq üçündür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu günə gəlmək üçün çox qurbanlar verilib, çox əziyyətlər çəkilib”. (AZƏRTAC)