19.04.2025, 13:42
AZ EN
19.02.2025, 07:36 181

Keçmiş məcburi köçkün: Allahdan arzu edirəm ki, Cəbrayılda yaşamaq üçün bir-iki il ömür versin

XƏBƏRLƏR
  • Allahdan arzu edirəm ki, Cəbrayılda yaşamaq üçün heç olmasa bir-iki il ömür versin.

Bunu Cəbrayıl sakini, keçmiş məcburi köçkün Zəri Teymurova deyib.

“Cəbrayıla çatan kimi kəndimizi ziyarət edəcəyəm. Kəndə gedib dünyasını dəyişmiş doğmalarımın məzarlarını ziyarət edəcəyəm. Kəndimiz üçün çox darıxmışdım”, - o bildirib.

Keçmiş məcburi köçkün vurğulayıb ki, sevincinin həddi, hüdudu yoxdur:

“Uzun illər davam edən həsrətdən sonra Cəbrayıla həyat yoldaşım və övladlarımla qayıdıram. Allahdan arzu edirəm ki, orada yaşamaq üçün heç olmasa bir-iki il ömür versin. Ömrümüzün bundan sonrakı hissəsini orada keçirək”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR