Bu fikirləri bu gün Cəbrayıl şəhərinə köçən Famil Maqsudov deyib.
O qeyd edib ki, uzun illər məcburi köçkünlük şəraitində yaşamaq çətin və əzablı olub. Bu illər ərzində Vətənə dönüş ümidi bir an da olsun sönməyib:
“Əzablar, əziyyətlər çox oldu. Amma heç vaxt inamımızı itirmədik. Bu gün doğma yurda qayıtdığımız üçün şükür edirəm. Qarabağda gedən işləri, fəaliyyəti diqqətlə, həvəslə izləyirik, gördüklərimizə heyran qalırıq”.
O, həmçinin ölkəmizin azadlığı naminə canından keçən şəhidlərimizi rəhmətlə yad edib, onların ailələrinə səbr diləyib, qazilərimizə şəfa və uzun ömür arzulayıb. (AZƏRTAC)