25.04.2024, 12:31
AZ EN
11.08.2022, 09:10 285

Şəhid anası: Prezident İlham Əliyevin tapşırıqları ilə şəhid ailələri hər sahədə diqqətlə əhatə olunurlar

XƏBƏRLƏR
  • Şəhid ailələrinə hər zaman dövlət tərəfindən diqqət ayrılır.

Bu barədə şəhid Vüsal Teymurovun anası Nuridə Teymurova bildirib.

O qeyd edib ki, ölkə başçısı Prezident İlham Əliyevin tapşırıqları ilə şəhid ailələri hər sahədə diqqətlə əhatə olunurlar.

"Teymurov Vüsal Zakir oğlu İkinci Qarabağ Müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 8-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Oğlum ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" , "Döyüşdə fərqlənməyə görə"medalları ilə təltif olunub", - deyə o qeyd edib.

Şəhid ailələrinin şəraitinin yaxşılaşdırılması üçün müxtəlif işlər görüldüyünü bildirən N.Teymurova, şəhid ailələrinin mənzillə təmin edilməsinin dövlətin göstərdiyi diqqətin nümunəsi olduğunu qeyd edib. (Trend)

Oxşar xəbərlər