30.07.2025, 20:32
AZ EN
16.07.2025, 08:40 105

Qarabağ Universitetinin Azıx (Azıx) arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Almaniyada elmi ezamiyyətdə olub

XƏBƏRLƏR
  • Qarabağ Universitetinin Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Əjdər Babazadə Almaniyanın The Leibniz-Zentrum für Archäologie (LEIZA) institutunun, Monrepos arxeoloji tədqiqat mərkəzi və insanın davranış təkamülü muzeyinin tərkibində yerləşən Traceologiya və Nəzarət Edilən Təcrübələr Laboratoriyasında (TraCEr) qısa müddətli elmi ezamiyyətdə olub.

Bu barədə universitetin məlumatında bildirilib.

Azərbaycan Elm Fondunun əsas qrantı çərçivəsində həyata keçirilən səfər zamanı LEİZA (Leibniz-Zentrum für Archäologie) Traseoloji və eksperimental laboratoriyasında Əjdər Babazadə mentoru və tərəfdaşı Dr. Joao Marreirosla Qarabağın paleolit alət texnologiyası üzərində mikroskoplarda mikro və makro analizlər aparılıb.

Analizlərə LEİZA ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə bağlanmış meorandum əsasında Azıx mağarasında 2024-cü ildə Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyanın aparılmış arxeoloji qazıntılarında aşkar edilmiş arxeoloji materiallar cəlb edilib. Azıx mağarası paleolit daş alətləri üzərində mikro analizlər metalloqrafik mikroskopunda həyata keçirilib.

Qeyd edilib ki, analizlərin əsas məqsədi Qarabağda yaşamış uzaq və yaxın hominin əcdadlarmızın həyat hekayəsini muasir epistimoloji yanaşmalarla kəşf etməkdir. Mikroskopik analizlər Qarabağın homininlərinin texno-tipologiyasının təkamülünü anlamaqla yanaşı, prehistorik sosial, iqtisadi, koqnetiv (idraki) modellərini öyrənməyə yardım edir. Bütün bunlar Qarabağın paleolitində yeni paradiqmalar ortaya qoymağa hədəfləyir.

Bildirilib ki, Azərbaycan Elm Fondunun əsas qrantı sayəsində həm xarici laboratoriyalarda müasir texnologiyalarla tədqiqat imkanı əldə edilib, həm də ölkədə mikroanalizlərin aparılması üçün baza yaradılıb. Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında imzalanmış memorandum əsasında Azıx arxeoloji araşdırma və analiz laboratoriyası təsis olunub. Laboratoriya mikroarxeoloji analizlər üçün zəruri cihaz və avadanlıqlarla, o cümlədən dünyanın nüfuzlu optik cihaz brendi Karl Zeiss mikroskopları ilə təchiz edilib. Bu isə Azərbaycanı arxeologiya sahəsində ilk mikroskopik tədqiqat laboratoriyasına sahib ölkə statusuna yüksəldib.

Hazırda Azıx laboratoriyasında Qarabağın Paleolit dövrü materialları üzərində texno-tipoloji, riyazi-statistik, traseoloji, geoeksperimental, rəqəmsal və digər tədqiqatlar davam edir.

Eyni zamanda, ölkənin müxtəlif bölgələrindən əldə edilən arxeoloji materiallar bu laboratoriyada araşdırılır. Qarabağ Universitetinin tələbələri laboratoriyanın fəaliyyətinə cəlb olunub, onlar həm burada praktiki biliklər əldə edir, həm də Azıx beynəlxalq paleolit ekspedisiyasının işinə qatılırlar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər