30.07.2025, 21:58
AZ EN
04.07.2025, 11:20 224

7 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulunu 7 saylı Cəbrayıl qəsəbəsində keçirib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və qəsəbədə məskunlaşan rayon əhalisi iştirak ediblər.

Rayon rəhbəri Prezident İlham Əliyev tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlərdən geniş söhbət açıb. Ölkə başçısının rəhbərliyi ilə respublikamızın bütün ərazilərində olduğu kimi Cəbrayıl rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Vətəndaşların müraciətləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verilib. Digər müraciətlər araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirilib.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər