24.04.2025, 17:07
AZ EN
08.02.2024, 08:07 409

Əslən Qərbi Azərbaycandan olan tələbə beynəlxalq müsabiqənin qalibi olub

XƏBƏRLƏR
  • Əslən Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndindən olan Vüsal Hümbətzadə ADU-nun dördüncü kurs tələbəsidir.

Həmyerlimiz İsveçrənin Sürix Universitetinin təşkil etdiyi beynəlxalq inşa müsabiqəsində qalib elan olunub. Belə ki, İsveçrənin Sürix Universitetinin təşkil etdiyi "Kibertəhlükəsizlik və Diplomatiya" mövzusunda inşa müsabiqəsinin nəticələrinə görə, Vüsal Hümbətzadə münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqədə müxtəlif ölkələrdən on minə yaxın tələbə, magistrant və doktorant iştirak edirdi.

Mina RƏŞİD

Oxşar xəbərlər