23.11.2024, 03:36
AZ EN
13.10.2023, 18:00 285

Laçın sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü - səyyar qəbulu Bərdə rayonunun Əyricə kəndi ərazisində – Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Laçın Rayon Şamkənd Kənd Klubunun inzibati binasında həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilib.

34 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi səyyar görüşdə çıxış edən icra başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, doğma torpaqlara böyük qayıdışdan, eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açıb.

Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilib, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər